Şevçenko: "Qarabağ münaqişəsinin həlli mümkün idi amma Moskva buna mane oldu" - VİDEO


“Azərbaycan üçün bu ərazilərin azad edilməsi yalnız dövlətin milli təhlükəsizliyi məsələsi deyil, həm də Azərbaycan xalqının milli özünüdərkidir”.

Yeniavaz.com xəbər verir ki, bunu məşhur jurnalist Maksim Şevçenko deyib.

Şevçenko Dağlıq Qarabağ münaqişəsinin 90-cı illərin əvvəlində həllinin mümkün olduğu amma Moskvanın buna mane olduğunu xatırladıb:

“Heydər Əliyev Levon Ter Petrosyana təklif etmişdi ki, siz bu rayonlardan gedəndən sonra Dağlıq Qarabağın statusunu müzakirə edəcəyik. Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələri bərpa edirik. Ermənistandan kəmər keçirəcəyini bildirmişdi. Bununla da bizdə sülh bərqərar olacaq. Heç kimə lazım olmayan qorxulu müharibə sona çatacaq. Bu hələ 90-cı illərdə Andrey Kozırevlə Yeltsin Moskvası tərəfindən pozuldu. Lazım olanda demokrat və  liberallar da dəhşətli imperialistlər və öz aralarında millətləri qızışdıranlar rolunda çıxış edirlər”.

 

 

DİGƏR XƏBƏRLƏR

Top