Müdafiə Nazirliyi: "Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"


“Biz bugünkü bəyanatda da bildirmişik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə mövcud deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Qeyd edək ki, İrəvan bu gün Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulduğu barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top