Sami Yusif Azərbaycana dəstək verdi


Əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusif bu dəfə də sosial şəbəkə hesablarında Azərbaycana dəstəyini göstərib.
Yeniavaz.com
xəbər verir ki, o, Azərbaycan bayrağının fonunda “Thoughts and prayers for my beloved Azerbaijan” (“Sevimli Azərbaycan üçün dualar”) başlığı ilə hazırda Qarabağda gedən döyüşlərə görə, Azərbaycan üçün dua edilməsini istəyib.
Sami Yusifun paylaşımları arasında Azərbaycan və Ermənistan arasında gedən döyüşlərin səbəbinin Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ olduğu da göstərilib. Həmçinin Tovuz istiqamətində gedən döyüşlərdə bir general daxil olmaqla, 12 azərbaycanlı hərbçi və 1 mülki vətəndaşın həlak olması xatırladılıb.

DİGƏR XƏBƏRLƏR

Top