"Ermənistan köhnə videoları yeni kimi təqdim edir"


“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

Bunu MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: 

“Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top