Dünyada koronavirusdan ölənlərin sayı 1 milyonu ötdü


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19 səbəbilə ölənlərin sayı 1 milyon 6 min 458-ə çatıb. Yoluxanların sayı isə 33 milyon 556 min 424 olub.
Dünyada 24 milyon 881 min 607 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında həm yoluxma, həm də ölüm hallarına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 7 milyon 361 min 611 nəfər COVİD-19-a yoluxub, 209 min 808 nəfər isə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top