“Kipr XİN-in bəyanatı qərəzlidir” – Leyla Abdullayeva


Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva cəbhə bölgəsində yaşanan gərginliklə bağlı Kipr XİN-in bəyanatına münasibət bildirib. 

Xarici İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, L.Abdullayeva bildirib ki, Kipr Respublikasının Xarici İşlər Nazirliyinin bu ilin 27 sentyabr tarixindən etibarən cəbhə bölgəsində yaşanan gərginliklə bağlı yaydığı bəyanat birtərəfli xarakter daşıyır və qərəzlidir:

"Kipr XİN-ə xatırladırıq ki, Azərbaycan Silahlı Qüvvələri öz beynəlxalq tanınmış ərazilərində mülki əhalisini müdafiə etmək üçün mübarizə aparır. 

Ermənistan silahlı qüvvələri isə 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərində qeyri-qanuni mövcudluğunu saxlayır. Odur ki, Azərbaycana qarşı hər hansı əsassız ittihamlar irəli sürmədən öncə beynəlxalq sənədlər və onların tələbləri ilə tanış olmaq vacibdir”. 

DİGƏR XƏBƏRLƏR

Top