
İran Azərbaycanla Ermənistan arasında atəşkəs çağırışını yeniləyib.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə tərəfləri, bölgədə vəziyyəti daha da gərginləşdirməməyə dəvət edib.
İran, 2 ölkə arasında atəşkəs rejimini bərpa etmək üçün bütün imkanlarını səfərbər edəcəyini qeyd edib. Həmçinin bildirilib ki, onlar hər iki ölkə arasında dialoq qurulması üçün körpü rolunu oynamağa hazırdırlar və bu istiqamətdə danışıqlar aparırlar.