
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı qarşıdurmanı dərhal dayandırmağa və vəziyyəti sabitləşdirmək üçün danışıqlara başlamağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, məlumat Rusiya XİN-nin saytında yerləşdirilib:
“Dağlıq Qarabağda vəziyyət kəskin şəkildə pisləşib. Hər iki tərəfdən təmas xətti boyunca güclü atışmalar davam edir, itkilər var. Vəziyyəti sabitləşdirmək üçün tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırırıq”.
Tətbiqimizi yükləyə bilərsiniz