ATƏT Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verən sonuncu toqquşmaya görə tərəfləri sülhə çağırıb.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, ATƏT sədri Edi Rama, dünən səhər saatlardan Dağlıq Qarabağda, Azərbaycan və Ermənistan arasında başlamış müharibə nəticəsində itkilər olduğuna diqqət çəkib. O, insan tələfatının artmaması üçün tərəfləri atəşkəs elan etməyə dəvət edib.
Rama, bölgədəki vəziyyəti sabitləşdirmək üçün göstərilən səyləri tamamilə dəstəklədiyini vurğulayıb. Ramanın sözlərinə görə, iki ölkə arasındakı münaqişənin yeganə həll yolu sülh danışıqlarından keçir. Rama, həmçinin qarşıdurmarda həyatını itirənlərin yaxınlarına da başsağlığı verib.