Paşinyan Putinə zəng etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezdenti Vladimir Putinə zəng edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləşməsini müzakirə ediblər.

“Erməni tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi müzakirə edilib”, - deyə məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top