Bakıda sərnişin avtobusu 49 yaşlı qadını vurdu


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

"İnşaatçılar" metrostansiyasının yaxınlığında yolu keçən 1971-ci il təvəllüdlü Həsənova Yasəmən Zeyqəm qızını sərnişin avtobusu vurub. Hadisə yerində müxtəlif bədən xəsarətləri alan yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Y.Həsənova bildirib ki, onu hansı avtobusun vurduğunu xatırlamır.

Faktla bağlı araşdırma aparılır.//Report

DİGƏR XƏBƏRLƏR

Top