Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov hərbi təyyarə qəzasında həyatını itirənlərlə bağlı Ukrayna dövlətinə başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XİN başçısı “Twitter” səhifəsində yazıb: “Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla bağlı dərin təəssüf hissi keçiririk. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzu edirik. Ukrayna hökumətinə və xalqına dəstək və həmrəyliyimizi bildiririk”.
Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top