Ukraynada matəm elan olundu


Ukraynada hərbi təyyarənin qəzaya uğraması səbəbilə matəm elan olundu.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Ukraynada An-26 hərbi nəqliyyat təyyarə qəzasında həlak olanlar üçün ümumxalq matəm günü elan edildi. Ukraynanın dövlət bayrağı, dövlət müəssisələrinin, idarələrinin və təşkilatların bütün binalarındakı bayraqlar yarıya qədər endirildi.  Bütün əyləncə və idman tədbirləri ləğv edildi.
Qeyd edək ki, qəzaya uğrayan An-26 hərbi nəqliyyat təyyarəsi Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Çuquyev rayonunda enməyə hazırlaşarkən qəzaya uğrayıb. Təyyarədə ekipajla və İvan Kozedub Milli Hava Qüvvələri Universitetinin kursantları ilə birgə ümumilikdə 27 nəfər vardı.
Son məlumatlara görə, qəza nəticəsində təyyarədə olanlardan 25-i dünyasını dəyişib.  
 

DİGƏR XƏBƏRLƏR

Top