İsrail Qərbi Şəriyədəki nümayişə müdaxilə edib


İsrail ordusu, Qərbi Şəriyədəki nümayişə hərbi müdaxilə edib.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, nümayiş yəhudilərin qanunsuz məskunlaşmalarına etiraz əlaməti olaraq təşkil olunub. Belə ki, fələstinlilər qanunsuz məskunlaşmaya etiraz əlaməti olaraq Əsira əl-Qibliyə qəsəbəsi yaxınlığındakı bir bölgədə zeytun ağacı əkmək istəyib. Bundan sonra iki tərəf arasında qarşıdurma yaranıb. Qarşıdurma nəticəsində 3 fələstinlinin yaralandığı bildirilir.
Yerli mətbuat orqanlarının məlumatına görə, onların plastik güllələrdən yaralandıqları, xeyli sayda insanın isə gözyaşardıcı qazdan təsirləndiyi deyilir.

DİGƏR XƏBƏRLƏR

Top