“Noviçok” üzrə araşdırmaçı: “Navalnı bu maddədən zəhərlənsəydi, 10 dəqiqə sonra ölməli idi”


Noviçok maddəsini təkmilləşdirənlərdən biri olan rus alimi Leonid Rink, “Noviçok” zəhəri ilə bağlı açıqlama verib.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, alim açıqlamasında Navalnının zəhərlənməsi üçün istifadə olunan maddənin “Noviçok” olmadığını bildirib. Onun sözlərinə görə, əgər həqiqətən də müxalif lider, “Noviçok”la zəhərlənmiş olsaydı, 10 dəqiqə içərisində ölərdi. Rink, maddənin ilk dəqiqələrdən öz simptomlarını göstərdiyini qeyd edib.
Xatırladaq ki, Navalnı, Tomsk şəhərindən paytaxt Moskvaya gedərkən təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Daha sonra isə Almaniyaya göndərilib. Müxalif  lider Berlində yerləşən “Çarite” klinikasında 32 gün müalicə alıb.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top