Kim Çen nazirlik əməkdaşını öldürdüklərinə görə Cənubi Koreyadan üzr istədi


Şimali Koreya Lideri Kim Çen In Cənubi Koreyadan üzr istəyib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya Lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Yaeyə məktub göndərərək üzr istədiyini bildirib. Buna səbəb bir neçə gün əvvəl Cənubi Koreya Okeyanlar və Balıqçılıq Nazirliyinin rəsmisinin Şimali Koreya sularında güllələnərək öldürülməsi olub. 10-dan çox güllə ilə vurulan nazirlik əməkdaşının pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlərə əsasən güllələndiyi açıqlanıb. Kim Çen bu cür hadisənin yaşanmasının olduqca pis hal olduğunu və məsul şəxslərin cəzalandırılacağını bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top