NASA bu tarixdə Aya ilk qadın astronavt göndərməyi planlayır


ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) yenidən Aya çıxmaq barədə planlarını açıqlayıb.
Yeniavaz.com
“BBC”yə istinadən xəbər verir ki, NASA-nın aya göndərəcəyi iki nəfərdən biri qadın olacaq. NASA, Artemis proqramı ilə 1972-ci ildən sonra ilk dəfə Aya astronavt göndərməyi hədəfləyir.
Hədəfin reallaşdırılması üçün ABŞ Konqresi 3, 2 milyard dollarlıq bir fond təsdiqləməlidir. Bu fond enmə sistemləri üçün istifadə ediləcək.
Astronavtların Apollona bənzər Orion kapsulalarında səyahət edəcəkləri gözlənilir. Bu kapsullar, NASA-nın 2011-ci ildən bəri inkişaf etdirdiyi “Space Launch System” (SLS) adlı güclü raketlərlə orbitə buraxılacaq.
2021-ci ildə Ayın ətrafında Artemis-1 adlı pilotsuz sınaq uçuşu həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top