Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ


Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Təhsil Nazirliyindən Yeniavaz.com-a verilən məluata görə, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb. Bu gün daha 2 sinif distant təhsilə keçirilib.

 Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top