Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini KİÇİLTDİ


Millət vəkili Siyavuş Novruzovun qardaşının vəzifəsi kiçildilib.

Yeniavaz.com xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə, Novruzov Məhərrəm Dünyamalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, M.Novruzov ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 1 saylı nümayəndəliyinin müdir müavini təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top