14 ildən sonra ilk dəfə Fələstində seçkilər keçiriləcək


Fələstindəki Həmas və Qərb Şəriyəni idarə edən Fəth təşkilatları 2006-cı ildən bəri ilk dəfə ümumi seçkilər keçirmək üçün razılığa gəliblər.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, bu qərarla Fələstində 14 il sonra bir ilkə imza atılıb. Fələstin dövlətinin Başçısı Mahmud Abbas və Həmas lideri İsmayıl Haniyə tərəfindən təsdiqlənən razılaşmaya görə, seçki qutuları 6 ay ərzində qurulacaq. Fələstində ardıcıl olaraq parlament, prezident və Fələstin Qurtuluş Təşkilatı Mərkəzi Şurasının seçkiləri həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top