Rusiyada yoluxma artdı, məhdudiyyətlər yenidən tətbiq edilə bilər


Rusiyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin, 65 yaşdan yuxarı Moskva sakinlərinə və xroniki xəstəlikləri olanlara evdən çıxmamağı tövsiyə edib:
"65 yaşdan yuxarı Moskva sakinləri və xroniki xəstəlikləri olan daha kiçik vətəndaşlar, tamamilə zərurət olmadığı təqdirdə evlərini və ya yay istirahətlərini tərk etməməlidirlər".
Mer həmçinin qeyd edib ki, 65 yaşdan yuxarı Moskva sakinlərinin və xroniki xəstəlikləri olan insanların 28 sentyabrdan etibarən evdən işləməlidirlər.
Qeyd edək ki, son günlər Rusiyada COVİD-19-a yoluxma halları artmaqda davam edir. Belə ki, Rusiyada son sutka ərzində 7 min 212 nəfər koronavirusa yoluxub, 108 nəfər isə vəfat edib. Nəticədə həmin ölkədə COVİD-19-a yoluxanların ümumi sayı 1 milyon 136 min 48-ə, ölənlərin sayı isə 20 min 56-ya çatıb. 934 min 146 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top