Zelenski Ukraynada ikinci dalğanın başladığını açıqladı


Ukrayna Prezidenti Vladimir Zelenski, ölkədə koronavirusun ikinci dalğasının başladığını elan edib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, Zelenski, ölkənin sərhədlərinin hələ də bağlı qalacağını bildirib:
“Bu gün 3 mindən çox yoluxma halı aşkarlandı. Təəssüf ki, bu Ukraynada ikinci dalğanın başlaması deməkdir. Həm ukraynalıları, həm də Ukraynaya gələn digər ölkələrin vətəndaşlarını riskə ata bilmərik ”.
Ötən gün Ukraynada 3 min 372 koronavirusa yoluxma aşkar edilib, 52 nəfər dünyasını dəyişib. Ümumilikdə isə yoluxma halı 188 min 106, ölənlərin sayı 3 min 757 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top