Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı, 1 nəfər dünyasını dəyişdi


Gürcüstanda 300-ə yaxın insan koronavirusa yoluxub.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, ötən gün qonşu ölkə Gürcüstanda 265 yeni COVID-19-a yoluxma faktı  qeydə alınıb, 1 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.
Son 1 gündə yoluxanlarla birgə ümumilikdə bu günə kimi ölkədə 4664 nəfər koronavirusa yoluxub. 27 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, bütün dünya üzrə 32 milyon 421 min 731 nəfər koronavirusa yoluxub. 987 min 826 nəfər ölüb. 23 milyon 934 min 414 nəfər sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top