ABŞ-da şübhəli şəxs həbs ediləcəyini eşidən kimi məhkəmə zalından qaçdı – ANBAAN VİDEO


ABŞ-da narkotik maddə saxladığına görə Nikolay Qarison adlı bir şəxs 1 il müddətinə həbs cəzasına məhkum edilib.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, onun həbs cəzası hakim tərəfindən elan edildikdən sonra təqsirləndirilən şəxs məhkəmə binasından qaçmağa nail olub. Qarisona 1 il həbs cəzasından başqa 2500 dollar (4250 AZN) pul cəzası da verilib.
Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Belə ki, o məhkəmə zalından qaçarkən polislər də onun arxasınca qaçmağa başlayıb. Görüntüdə polsilərdən birinin qəfil pilləkənlərin boşluğuna tullanaraq düşdüyü görülür. Həmin polisin təqsirləndirilən şəxsi saxlamadığı da kameralarda əks olunub. Sonradan sözügedən polisin qabırğalarında sınıq meydana gəldiyi və xəstəxanaya çatdırıldığı bildirilib. Hazırda Qarison polislər tərəfindən axtarılır.
Qeyd edək ki, hadisə ABŞ-ın Ohayo ştatında baş verib.

 

DİGƏR XƏBƏRLƏR

Top