ABŞ-ın Dövlət katibi Mayk Pompeo gələn həftə Yunanıstana səfər edəcək.
Yeniavaz.com “BBC”-yə istinadən xəbər verir ki, xəbər ABŞ-ın Xarici İşlər Nazirliyi tərfindən verilib.
Görüşdə ABŞ-ın Şərqi Aralıq dənizində təhlükəsizlik, sülh və firavanlığa dair ortaq öhdəliklərin yenilənəcəyi bildirilir. Bundan başqa son illərdə iki ölkə arasında müşahidə olunan münasibətlərin yaxşılması da qeyd ediləcək.
Pompeonun həmçinin Selanik və Giritə gedəcəyi, texnologiya və elm sahələrində müqavilələr imzalayacağı qeyd olunur.