ABŞ senatorları Rusiyaya sanksiya təklif etdi – Navalnıya görə


ABŞ-da senatorlar Aleksey Navalnı hadisəsinə görə, Rusiya rəsmilərinə qarşı sanksiyalar təklif edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, ABŞ senatorları Kris Cons, Marko Rubio, Ben Kardin, Mitt Romney, və Kris Van Hollen Rusiyaya qarşı sanksiya təklif ediblər. Buna səbəb müxalifətçi Aleksey Navalnının Rusiyada zəhərlənməsi göstərilib.
Senatorlar həmçinin qeyd edib ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edir, Belarus, Ukrayna, Suriya kimi ölkələrdə təhlükəli addımlar atır. Bu səbəblə Putin və yaxın ətrafına qarşı müəyyən sanksiyalar həyata keçirilməlidir. 
Qeyd edək ki, rus blogger və müxalifətçi Aleksey Navalnı, Tomsk-Moskva uçuşu zamanı səhhətinin pisləşməsindən sonra 20 avqustda Omsk xəstəxanasına çatırılmışdı. Komaya düşən Navalnı 22 Avqustda Berlindəki Çarite klinikasına köçürüldü.
2 sentyabrda Alman hökuməti, Navalnının testləri ilə “Noviçok” qrupundan əsli bilinməyən zəhərli maddənin izlərinin olduğunu iddia etdi.

DİGƏR XƏBƏRLƏR

Top