FHN Günəşlidə mənzildə iki qadın meyiti aşkarlayıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Yeniavaz.com FHN-in saytına istinadla xəbər verir ki, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri mənzilin qapısını açıblar. Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkarlayıblar.

Hər iki cəsəd aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top