Edam edilən güləşçiyə görə ABŞ İran rəsmilərinə sanksiya tətbiq edəcək


“ABŞ tanınmış güləşçi Navid Əfkarini edam cəzasına məhkum edən hakimə qarşı və digər İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək”.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin  Venesuela və İran üzrə xüsusi nümayəndəsi Eliot Abrams deyib.
Qeyd edək ki, tanınmış güləşçi Əfkari, 2018-ci ildə hökumət əleyhinə küçə nümayişlərində iştirak etdiyinə görə edama məhkum edilib. UFC-nin rəhbəri Dana Uayt, hətta ABŞ prezidenti Donald Tramp idmançının edam edilməməsi üçün çağırış etmişdi.  
Qeyd edək ki, 27 yaşlı Afkari 13 sentyabrda edam edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top