Koronavirusa ən çox yoluxmanın qeydə alındığı 5 ölkə – SİYAHI


Dünyada yoluxmanın ən çox qeydə alındığı 5 ölkənin siyahısını təqdim edirik.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünya ölkələri arasında COVİD-19-a ən çox yoluxma ABŞ-dadır. Həmin ölkədə bu günə qədər 7 milyon 141 min 539 nəfər koronavirusa yoluxub, 206 min 616 nəfər isə bəhs edilən xəstəlikdən vəfat edib. 4 milyon 400 min 321 nəfər isə müalicə alaraq sağalıb.
İkinci sırada Hindistan dayanır. Hindistanda indiyədək 5 milyon 737 min 197 nəfər nəfər COVİD-19-a yoluxub, 91 min 204 nəfər isə vəfat edib. Sağalanların sayı isə 4 milyon 674 min 987 nəfərdir.
Yoluxma sayına görə 3-cü sırada Braziliyadır. Həmin ölkədə 4 milyon 627 min 780 nəfər yeni növ koronavirusa yoluxub, 139 min 65 nəfər isə vəfat edib. 3 milyon 992 min 886 nəfər isə müalicə alaraq sağalıb.
Qonşu Rusiya siyahıda 4-cüdür. Rusiyada bu günə qədər 1 milyon 128 min 836 nəfər COVİD-19-a yoluxub. Vəfat edənlərin sayı isə 19 min 948-dir. 929 min 829 nəfər sağalaraq evə buraxılıb.
Dünya ölkələri arasında koronavirus pandemiyasına yoluxma sayına görə 5-ci sırada Kolumbiya dayanır. Həmin ölkədə 784 min 268 koronavirusa yoluxub, 24 min 746 nəfər vəfat edib, 662 min 277 nəfər isə müalicə alaraq sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top