
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə təmsilçisi Cozep Borel Belarus prezidenti olaraq vəzifəsinə başlayan Aleksnadr Lukaşenkonu hədəf alıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Cozep Borel Aİ-nin Lukaşenko Belarus prezidenti olaraq tanımadığını bildirib:
“Aleksandr Lukaşenkonun 23 sentyabr 2020-də vəzifəyə başlaması və prezident kimi fəaliyyətini davam etdirməsinin demokratik qanuniliyi yoxdur”.
Qeyd edək ki, Lukaşenko dünən Belarus prezidenti kimi vəzifəsinə davam etməyə başlayıb. Bu səbəblə ölkədə etiraz dalğaları yenidən alovlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz