Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib.
Yeniavaz.com xəbər verir ki, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Yevlax