“Mercedes” traktorla toqquşdu, ölən var


Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri M.İbrahimov küçəsində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili ilə traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ölüb.
Həmçinin minik avtomobilinin bir neçə sərnişini ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top