ABŞ-da yeni növ koronavirus pandemiyasına yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, ABŞ-da son 24 saatda 35 min 696 nəfər yeni növ koronavirusa yoluxub, 969 nəfər isə dünyasını dəyişib. Nəticədə Birləşmiş Ştatlarda COVİD-19-a yoluxanların ümumi sayı 7 milyon 98 min 674-ə, ölənlərin ümumi sayı isə 205 min 503-ə çatıb. 4 milyon 347 min 494 nəfər isə müalicə edilərək sağaldılıb.