Azərbaycandakı yarışlara azarkeşlər nə vaxt buraxılacaq?


Azərbaycanda keçirilməsi nəzərdə tutulan yarışlara azarkeşlərin buraxılma məsələsi hələlik gündəmdə deyil.
Bunu Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, hələlik belə bir addım nəzərdə tutulmayıb: "Biz ilk olaraq, istəyirik ki, yarışlar olsun. Amma azarkeşlərin iştirakını nəzərdə tutmamışıq".(report)

DİGƏR XƏBƏRLƏR

Top