Navalnı klinikadan evə buraxıldı


Rusiyalı müxalifətçi müalicə aldığı xəstəxandan evə buraxılıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Almaniyadakı Çarite xəstəxanasından məlumat verilib. Bildirilib ki, Aleksey Navalının səhhətində artıq kifayət qədər yaxşılaşma müşahidə edilib:
“Xəstəliyin gedişi və xəstənin hazırkı vəziyyətini nəzərə alaraq həkimlərimiz Navalnının tam sağalacağını bildirib. Ancaq, zəhərlənmənin orqanizmdə qoya biləcəyi hər hansı uzunmüddətli təsiri istisna edilmir”.
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnı Tomsk-Moskva reysində səhhəti pisləşdikdən sonra 20 avqustda Sibirin Omsk şəhərindəki xəstəxanaya yerləşdirilmişdi. Daha sonra Almaniya kanslerinin qonağı qismində 22 avqustda, hava yolu ilə Berlindəki “Çarite” xəstəxanasına gətirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top