Səudiyyə Ərəbistanı mərhələli olaraq ümrə ziyarətlərinə icazə veriləcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 6 aydır dayandırılan ümrə ziyarətləri 4 oktyabr bazar günündən etibarən bərpa ediləcək. Səudiyyə Ərəbistanı ziyarətlərin mərhələli şəkildə başlayacağını, ilk növbədə öz ölkələrində yaşayan şəxslərin ziyarət etmələrinə icazə veriləcəyini bildirib.