Rusiyanın “Aeroflot” şirkəti sentyabrın 24-dən başlayaraq Qırğızıstana olan aviareysləri bərpa edir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Moskva-Bişkek reysi həftədə bir dəfə, cümə axşamı həyata keçiriləcək. Bişkek-Moskva təyyarəsi isə cümə günləri yola düşəcək.
Qeyd edək ki, Qazaxıstan Qırğızıstan və Belarusla sentyabrın 21-dən təyyarə reyslərinin açıldığını deyib. Cənubi Koreya ilə isə hava əlaqəsi 27 sentyabrda başlayacaq. Həmin ölkələrin paytaxtlarına həftədə bir dəfə olmaq üzrə uçuşlar həyata keçiriləcək.