Mevlüt Çavuşoğlu: "Ermənistan ağlını başına toplasın!”


"Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram".

Yeniavaz.com xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "Twitter" səhifəsindən paylaşdığı açıqlamada Türkiyənin haqlı mübarizəsində daim Azərbaycanın yanında olduğunu bildirib.

“Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğluna Allahdan rəhmət, ailəsi və qardaş Azərbaycana başsağlığı verirəm. Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı davasında daim yanındayıq!”
 

DİGƏR XƏBƏRLƏR

Top