Moskvada ağır qəza - Azərbaycanlı müğənni üç nəfəri xəstəxanalıq etdi – FOTO + VİDEO


Moskvanın mərkəzində idarəetmədən çıxan avtomobil üç nəfər piyadanı yaralayıb.
Rusiya KİV-də gedən məlumatlara görə, hadisə Ostojenko ev 47 ünvanında baş verib.
Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil yolayrıcında əvvəlcə başqa nəqliyyat vasitəsinə çırpılıb, daha sonra səkiyə çıxan maşın üç nəfər piyadanı vurub.
Onlardan ikisinin vəziyyəti ağır olsa da, hər üçü xəstəxanaya aparılıb.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürcüsü 26 yaşlı müğənni Elmin Quliyevdir. O, ELLEY səhnə adı ilə tanınır.
 

Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top