Vyetnamda noul fırtınası nəticəsində ölən və yaralananlar var


Vyetnamda noul fırtınası nəticəsində ölənlərin sayı 3, yaralananların sayı isə 112 nəfər olub.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, məlumat Vyetnam Təbii Fəlakətlərin Qarşısının Alınması Mərkəzi Komissiyası tərəfindən verilib. Fırtına 10 evin çökməsinə, 4 körpünün yıxılmasına və xeyli sayda elektrik dirəklərinin aşmasına səbəb olub. 22 min 600 nəfər zərərçəkmiş olduğu bildirilir.
Digər tərəfdən, baş verən fəlakətlər, xüsusən də daşqın, fırtına və torpaq sürüşməsi ölkə iqtisadiyyatına 175,2 milyon dollar ziyan vurub.

DİGƏR XƏBƏRLƏR

Top