10 şirkətə 13,3 milyon manat pul ayrıldı – qaçqınlara yeni qəsəbə tikilir


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu keçirdiyi tender müsabiqələrinin nəticələrini açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, ümumilikdə 12 lot üzrə keçirilən tender müsabiqəsinin 10 qalibi olub.
Tenderdə qalib olan şirkətlər Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, 4 mərtəbəli 24 mənzilli 9 yaşayış binası və 144 şagird yerlik məktəb binası tikəcəklər.
Qeyd olunan tikinti işləri üçün aşağıda adları qeyd olunan şirkətlərə ümumilikdə 13 milyon 310 min 194 manat 45 qəpik ayrılacaq.
1.  "KÜR-ARAZ ŞİRKƏTİ" MMC-yə 50 yerlik uşaq bağçasının tikintisi üçün 987 588,79 manat.
2.  "AZERTİKİNTİ-M" MMC-yə klub-icma mərkəzinin tikintisi üçün 300 829,2 manat.
3.   "MİNERA" MMC-yə 144 şagird yerlik məktəb binasının tikintisi üçün 1 355 335,71 manat.
4.   "M.NAZİMOĞLU" MMC-yə 4 mərtəbəli 24 mənzilli 8 №-li binanın tikintisi üçün 1 298 300,19 manat.
5.   "SİMMETRİYA" MMC 4 mərtəbəli 24 mənzilli 9 №-li binanın tikintisi üçün 1 298 837,95 manat.
6.   "ALIBƏYLİ ŞİRKƏTİ" MMC-yə 4 mərtəbəli 24 mənzilli 7 №-li binanın tikintisi üçün 1 297 247,51 manat.
7.  "TUNEL-METRO İNŞAAT" MMC-yə 4 mərtəbəli 16 mənzilli 6 №-li binanın tikintisi üçün 1 060 128,26 manat.
8.  "RABİTƏİNŞAAT" ASC-yə 4 mərtəbəli 24 mənzilli 5 №-li binanın tikintisi üçün 1 149 750,11 manat..
9.   "KONSEPT HOLDİNG" MMC-yə 4 mərtəbəli 24 mənzilli 4 №-li binanın tikintisi üçün 1 150 180,39 manat.
10.   "TUNEL-METRO İNŞAAT" MMC-yə 4 mərtəbəli 16 mənzilli 3 №-li binanın tikintisi üçün 1 060 080,47 manat.
11.  "TURAN.İ.O" MMC-yə 4 mərtəbəli 24 mənzilli 2 №-li binanın tikintisi üçün 1 149 689,68 manat.
12.  "TURAN.İ.O" MMC-yə 4 mərtəbəli 24 mənzilli 1 №-li binanın tikintisi üçün 1 202 226,19 manat.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top