Bu şəxs SOCAR-ın 101 milyon manatlıq şirkətinin direktoru təyin olundu – FOTO


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan  “SOCAR Polymer” MMC-yə yeni direktor təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, “SOCAR Polymer” MMC-nin yeni direktoru Əhmədov Fuad Ramis oğlu olub. Fuad Əhmədov bu təyinata kimi MMC-də direktor müavini olub.
Məlumat üçün qeyd edək ki, bu ilin ilk 7 ayı ərzində “SOCAR Polymer” MMC 74,9 milyon dollar dəyərində məhsul ixrac edərək qeyri-neft sektoru üzrə Azərbaycanın ən böyük ixracatçı şirkəti olub.
Qeyd edək ki, “SOCAR Polymer” MMC 16.07.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 101 milyon manat təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top