Səhiyyə naziri COVID-19-a görə vəzifəsindən istefa verdi


Çexiyada Səhiyyə naziri Adam Voyteç, COVID-19-la mübarizədə “yeni həll yolları”nın tapılması üçün vəzifəsindən istefa verib.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, nazir mətbuat konfransında koronavirusun birinci dalğası ilə uğurla mübarizə apardıqlarını deyib. Amma ikinci dalğa üçün yeni həll yollarının tapmalı olduğunu vurğulayıb.
3 ildir bu səlahiyyəti icra edən Voyteç, istefa ərizəsini Baş nazir Andrey Babisə təqdim etdiyini bildirib.
Qeyd edək ki, məlumat Adam Voyteçin "twitter" hesabında paylaşılıb.

DİGƏR XƏBƏRLƏR

Top