Trampa zəhərli məktubu göndərmək istəyən şəxs saxlanıldı


Ağ Evə içərisində zəhərli risin maddəsi olduğu deyilən məktubu göndərən qadın saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat adlarının hallanmasını istəməyən 3 polis məmuru tərəfindən “Associated Press” agentliyinə verilib.
Məktub Ağ Evə göndərilməmiş poçt şöbəsində yoxlanış zamanı aşkarlanıb. Məktubu yollayan qadının ABŞ Gömrük və Sərhəd Mühafizə İdarəsi əməkdaşları tərəfindən Kanada ilə sərhəddə saxlanıldığı bildirilib.
Şəxsiyyəti məlum olmayan qadının federal ittihamlarla üzləşə biləcəyinə diqqət çəkilib. Kanada polisi məktubun Kanadadan göndərildiyini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top