Rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərləndiyi deyilən oteldən açıqlama verilib.
Yeniavaz.com “TASS” a istinadla xəbər verir ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Navalnının zəhərləndiyi deyilən otel otağında araşdırma aparıldığı ancaq heç bir şübhəli məqama rast gəlmədiklərini açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Navalnıya yaxın bəzi şəxslərin bəhs edilən otaqda su qablarının üzərində “Noviçok” adlı zəhərin tapıldığı bildirilmişdi və axtarışların aparıldığı ana dair görüntülər paylaşılmışdı.