"Qan xərçəngi" oğlu üçün yardım istəyən ana və oğlu ifşa olundu - VİDEO


Sosial şəbəkələrdə tez-tez yardım aksiyaları ilə bağlı paylaşımlar, elanlar görürük. Heç şübhəsiz ki, içlərində həqiqi yardıma ehtiyaclılar var və onlara şəfa diləyirik. Ancaq insanların inamından, etibarından sui-istifadə edənlər da az deyil. Hələ "bunu öz övladı üzərindən edən də var" desək inanarsınızmı? 

YPX.AZ kollektivi "Instagram" sosial şəbəkə hesabında "zaminime_destey_olun" adlı hesabı barədə araşdırma aparıb. Paylaşılan şəkil və videolara baxdıqda görünür ki, Zamin adlı oğlanda hələ azyaşlı olarkən qan xərçəngi xəstəliyi aşkar edildiyi qeyd olunub. Azyaşlının xəstəxanalarda şəkilləri paylaşılıb, hətta televiziya kanallarında da ona yardım üçün müraciətlər olunub.  Anası Aidə Nəbiyevanın adına olan bank kartı və mobil nömrə paylaşılıb. Paylaşımlara baxdıqca ən əsas diqqəti çəkən məqam Zaminin ilk və sonradan paylaşılan şəkilləri, videoları arasında fərqlərdi. Qan xərçəngi olan bu gənc fiziki olaraq ildən-ilə necə bu qədər böyüyür axı?!  

"Instagram" sosial şəbəkəsində "Xaqo" profili ilə xeyriyyə aksiyaları təşkil edən şəxs Zaminin anası Aidə Nəbiyeva ilə əlaqə saxlayıb Zamini ziyarət etmək istədiyini, onun üçün xeyriyyə kompaniyası başlatmaq istədiyini bildirib. Aidə Nəbiyevaya deyib ki, istəsə onun hesabını incələsin və özü şahid olacaq ki, həqiqətən belə xeyriyyə kompaniyaları edir.  

A. Nəbiyeva "Xaqo"nun "Instagram" hesabını incələdikdən sonra gün təyin edib, Zamini evində ziyarət ediblər. Zamini üzündə qoruyucu maska ilə yataqda uzanıbmış, masanın üzərində isə müxtəlif adlı dərmanlar. 

Daha sonra aparılan gizli çəkilişlər zamanı məlum olub ki, yataq xəstəsi olan, iynə-dərmansız, müalicəsiz yaşayıb, nəfəs ala bilməyən Zamin bütün günü kafe, restoran, çayxanalarda dostları ilə əylənir, siqareti-siqaretə calayır.

DİGƏR XƏBƏRLƏR

Top