“Neftçi” səfərdə “Qarabağ”ı məğlub etdi


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Günün ilk matçında "Zirə" "Sabah"ı qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb.

Azərbaycan derbisində son ölkə çempionu "Qarabağ" "Neftçi"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, "Neftçi" 2 qol vuraraq önəmli qələbə qazanıb. 

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr (bazar)

20:15. “Qarabağ” – “Neftçi” - 1:2

Qollar: Ovusu Kvabena, 10 -  Voislav Stankoviç, 12, Namiq Ələsgərov, 68

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

18:00. “Zirə”– “Sabah” - 0:2

Qollar: Xulio Sezar Rodriges, 51, Kevin Kubemba, 90+2

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun digər matçında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" matçında qol vurulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top