Qubanın polis postu qurulan kəndində daha bir yanğın başladı - FOTO


Qubada ötən gün yanğın hadisəsinin qeydə alındığı kənddə bu gün növbəti yanğın baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Dəlləkli kəndində yerli sakin Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

N.Rzayevin sözlərinə görə, bu barədə onu qonşuları məlumatlandırıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top