Rövnəq Abdullayev Fəxri xiyabanda - FOTOLAR



Əməkdaşlarımız bu gün Fəxri xiyabanda SOCAR prezidenti Rövnəq Abdullayevlə qarşılaşıb. Əməkdaşlar SOCAR prezidentinin maşınını Fəxri xiyabanın qarşısında görərək ona yaxınlaşıblar.

Yeniavaz.com xəbər verir ki, R.Abdullayev jurnalistin suallarını cavablandırmaq istəməyib. Məlum olub ki, o, Fəxri xiyabana 20 sentyabr – Neftçilər Günü münasibətilə gəlib.

Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, gül dəstələri düzüb.

R.Abdullayev daha sonra görkəmli neftçilər Süleyman Vəzirov və Neftçi Qurbanın (Qurban Abbasov) məzarlarını da ziyarət edib.









DİGƏR XƏBƏRLƏR

Top