Özbəkistanda baş nazirin müavini koronavirusdan öldü


Özbəkistanın baş nazir müavini Uktam Barnoev COVİD-19-dan vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə ölkənin Nazirlər Kabinetindən məlumat verilib.
Verilən məlumatlara görə 56 yaşlı Uktam Barnoevə iyul ayında koronavirus diaqnozu qoyulmuşdu.
Baş nazir müavininin əvvəl Daşkənddə, daha sonra Almaniyadakı xüsusi klinikalardan birində müalicə aldığı, bu gün isə səhhətinin pisləşməsi ilə dünyasını dəyişdiyi bildirilib.
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top